Dünya

Avstraliyada parlament seçkiləri keçirilir

2 İyul 2016 07:54
0 Şərh     Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avstraliyada parlament seçkiləri start götürür.

Milli.Az "Report"a istinadən bildirir ki,şənbə günü seçki məntəqələri seçiciləri qəbul edəcək.
İlk məntəqələr yerli vaxtla səhər saat 08.00-da səsvermə üçün açılacaq. Səsvermədə 15,6 milyon nəfərin iştirakı gözlənilir.
Seçkilərdə qələbəyə əsasən iki siyasi təşkilat - hazırkı baş nazir Malkolm Ternbull başda olmaqla Milli Liberal Koalisiya və Bill Şortenin təmsil etdiyi Leyborist Partiyası namizəddir.
Avstraliya Federal Parlamenti Nümayəndələr Palatasından və Senatdan ibarətdir. Nümayəndələr Palatası 150 deputatdan ibarətdir. Onların hər biri müəyyən seçki dairəsinin seçicilərini təmsil edir və ümumi gizli səsvermə yolu ilə üç il müddətinə seçilir. Parlamentin yuxarı palatası olan Senat 76 senatordan ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.