Dünya

Bütün məmurlar fitrə verməyə məcbur edildi

1 İyul 2016 17:56
3 Şərh     Baxış: 2 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tacikistan respublikası prezidentinin qızı, prezident icra aparatının rəhbəri Ozoda Rahmon bütün məmurları Ramazan bayramının başa çatması münasibəti ilə fitrə verməyə məcbur edib.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə "TacikTA" agentliyindən deyilib.

"Bütün tacik məmurlar rəsmi surətdə ehtiyacı olanlara, yetimlərə, kimsəsizlərə Ramazan ayının sona çatması münasibəti ilə zəkat verməyə məcbur edilib", - deyə Ozoda Rahmanın imzası ilə göndərilən faksa əsasən bildirilib.

Vilayətlərin rəhbərləri şəhər və digər inzibati bölgülərin verdiyi ianələr haqqında hesabat verəcək. Onlar ödənilən məbləğ barədə məlumatı prezident administrasiyasına təqdim etməlidirlər. Ödənişlərin tənzimlənməsi prosesinə adət-ənənələr və dini işlər üzrə komitə nəzarət edəcək.

Orucun mühüm əməllərindən biri olan zəkatın vaxtında - Ramazan ayının son günündə çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasında şərait yaradır.

Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlman ailənin hər bir üzvü fitrə zəkatı verməsi vacibdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.