Dünya

İranlı general: "Bir göstərişlə İsraili xəritədən silə bilərik"

1 İyul 2016 15:14
3 Şərh     Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Fələstində və Livanda 100 min raket hazır vəziyyətdədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanın müavini, briqada generalı Hüseyn Səlami bu gün Tehranda qılınan cümə namazı öncəsi çıxışında deyib.
 
H.Səlami bildirib ki, bu raketlər bir göstərişlə İsraili dünya xəritəsindən silə bilər: "Eləcə də, işğal olunmuş ərazilərin müxtəlif bölgələrində müxtəlif  məsafələrdə hədəfi vurma qabiliyyəti olan on minlərlə raket  hazır vəziyyətdə gözləyir".
 
H.Səlami sionistlərin ayaqda qalmasında əsasən ABŞ-ın rol oynadığını dilə gətirərək, bu rejimin həyatda qalması ilə müsəlmanları yalnız qəmli tale gözləyəcəyini söyləyib. O əlavə edib ki, ABŞ və Britaniya sionistləri müsəlmanların başına bəla etdiklərinə və onlara atalıq etdiklərinə görə hələ çox peşmançılıq çəkəcəklər.
 
H.Səlami Səudiyyə Ərəbistanını da tənqid edərək deyib ki, əl Səud rejimi  Yəməndə və İraqda müsəlmanların didərgin düşməsinə səbəb olub: "Onlar bilməlidir ki, zorakılıqla heç bir yerdə hakimiyyət qurmaq olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.