Dünya

Putin və Ərdoğanın görüş yeri dəyişdirilə bilər

1 İyul 2016 11:47
0 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqust ayında Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb. Qəzet yazıb ki, bu gün Soçidə iki ölkə xarici işlər nazirlərinin görüşünün nəticəsindən asılı olaraq, prezidentlərin görüşü daha tez bir zamanda təşkil edilə bilər. 

Qeyd edək ki, iyunun 29-da Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə 4-5 sentyabr tarixlərində Çində keçiriləcək "G20" sammitində görüşə biləcəyini bəyan edib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov isə bu məlumatı təsdiqləməyib. O, görüşün vaxtının diplomatik kanallarla dəqiqləşdiriləcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.