Dünya

İstanbul terrorunun təşkilatçısı: 4 ölkənin axtardığı Əhməd Çatayev KİMDİR?

1 İyul 2016 11:32
3 Şərh     Baxış: 3 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbul terrorunun təşkilatçısının adı məlum olub.

Milli.Az modern.az-a istinadən bildirir ki, hadisəni çeçen millətindən olan Əhməd Çatayev təşkil edib.
 
Rusiya xüsusi xidmət orqanları Çatayevin 2013-cü ilə qədər Şimali Qafqaz mücahidlərinin lideri Doku Umarovun yanında xidmət etdiyi, lakin onun ölümündən sonra İŞİD-in xidmətinə keçdiyini yazıb.
 
Əhməd Çatayev Dağıstan əsilli kamikadze Osman Vadinov və daha 2 terrorçunu Fatih rayonundakı mənzillərdən birinə yerləşdirib.
 
Mayın 25-də Türkiyəyə daxil olan terrorçular "Historia" ticarət mərkəzinin yaxınlığında məskunlaşıb və iyunun 28-də taksi çağıraraq aeroportda terror törətməyə yollanıblar.
 
Əhməd Çatayevin indi harada olması məlum deyil.
 
O, rus-çeçen münaqişəsinin aktiv iştirakçısı kimi 2003-cü ildə Avstriyadan siyasi sığınacaq almışdı.
 
Çeçen döyüşçüsü həbsdə rusların onun əlini kəsdiyi bildirmişdi.
 
2008-ci ilin martında İsveçin Trelleborq şəhərində üzərində silahla saxlanılan Çatayev 1 ildən artıq həbsdə qalıb.
 
O sonradan Ukraynaya köçmüş və Rusiya tərəfinin tələbi ilə həbs olunub.
 
Lakin Kiyev məhkəməsinin qərarı ilə azadllığa buraxılan mücahid 2011-ci ildə Gürcüstanda saxlanılmışdı.
 
O zaman Lopota dərəsində baş verən döyüş zaman 11 çeçen döyüşçüsü və 3 gürcü xüsusi təyinatlısı həlak olmuşdu.
 
Tbilisi məhkəməsi bir neçə ay həbsdə saxlanılan Əhməd Çatayevin günahsız olması barədə qərar verərək onu azadlığa buraxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.