Dünya

“Barselona” Ardaya şərt qoydu

1 İyul 2016 11:12
0 Şərh     Baxış: 2 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubunun türkiyəli ulduz futbolçusu Arda Turan başqa kluba transfer olunmayacaq.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə klub prezidenti Xosep Maria Bartomeu çıxış edib. 

Klub prezidenti Ardanın oyunundan razı qaldığını vurğulayıb: "Texnik heyət Ardanın klubda qalmasını istəyir. Əgər futbolçularımızın preformansını 10 balla qiymətləndirsək, Ardaya 9 bal verərəm. Ona 6 ay oynamama səbrini göstərərək bizimlə qaldığına görə təşəkkür edirəm. Ümumən komandanın ötən mövsüm göstərdiyi oyundan çox razıyam. Çünki ötən mövsüm 4 kuboku birdən qazanmışıq. Bu, pis hal deyil". 

İspaniya mətbuatı isə yazıb ki, klubu Ardanın performansının daha da yüksəldilməsi üçün çalışmalara başlayıb: "Ardanın artıq çəkisi var. Bu səbəbdən "Barselona" onun çəksinin azaldılması üçün özəl məşq proqramı hazırlayıb". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.