Dünya

Rusiya təyyarəsi yoxa çıxdı - YENİLƏNİB

1 İyul 2016 12:47
4 Şərh     Baxış: 2 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:47

Rusiyada "İl-76" təyyarəsi yoxa çıxıb. 

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, İrkutsk vilayətində meşə yanğınlarını söndürən təyyarə ilə əlaqə kəsilib. Təyyarə keçilməsi çətin və yanğın tüstüsü çox olan ərazidə yoxa çıxıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təyyarənin göyərtəsində 10 nəfərdən ibarət heyət üzvü olub. 

"Yerli vaxtla saat 05:30 radələrində təyyarə Bayanderovsk rayonunda havaya qalxıb. 3000 metr yüksəklikdə onun əlaqə kəsilib", - deyə təcili xidmətlərdəki mənbə bildirib.

Mənbənin verdiyi məlumata görə, təyyarə texniki saz vəziyyətdə olub: "Təyyarə uçuş öncəsi prosedurları keçib, heç bir texniki nasazlığı olmayıb".

Mənbə təyyarənin növbəti dövri texniki xidmətinə 267 saat uçuşunun qaldığını qeyd edib. 

Məlumata görə, heyət üzvləri Moskvadan olub və yanğını söndürmək üzrə böyük təcrübələri var. Sözügedən heyət dəfələrlə yanğın söndürülməsi, humanitar yardımın çatdırılması və digər aviasiya-xilasedici işlərlə məşğul olub. 

Hazırda təyyarənin axtarışları davam edir.

---------

10:52

Rusiyanın İrkutsk bölgəsində meşə yanğınının söndürülməsi üçün istifadə olunan İl-76 təyyarəsi yoxa çıxıb. 

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə zamanı təyyarədə 11 nəfər olub. 

Məlumatlara görə, 3 min metr yüksəkliyə qalxan təyyarə ilə əlaqə kəsilib. İlkin ehtimallarda təyyarənin qəzaya uğradığı göstərilib. Təyyarənin axtarışları davam edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.