Dünya

Yaxın qohumların ailə qurması qadağan edildi

1 İyul 2016 10:48
11 Şərh     Baxış: 2 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tacikistanda yaxın qohumların nikaha girməsini qadağa edən qanun iyunun 1-də qüvvəyə minib.

Milli.Az report-a istinadən bildirir ki, bu haqda "Asiya-Plyus" agentliyi məlumat yayıb.
İnformasiyaya görə, "Vətəndaşın vəziyyətinin dövlət qeydiyyatı haqqında" qanuna edilən dəyişikliyə əsasən, əmi, dayı, xala, bibi uşaqları və nəvələri bir-biri ilə ailə qura bilməz. Bundan başqa dəyişiklikdə nikaha daxil olanların məcburi qaydada tibbi müayinədən keçməsi də nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət əvvəl Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nüsrətulla Səlimzoda 2015-ci ildə ölkədə 30 min əlil uşağın qeydə alındığını və onların çoxunun valideynlərinin qan qohumu olduğunu bildirmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.