Dünya

Erməni rejissor: "Artıq bir dəqiqə belə Ermənistanda qalmaq istəmirəm" - FOTO

1 İyul 2016 10:36
3 Şərh     Baxış: 1 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Artıq bir dəqiqə də olsun Ermənistanda qalmaq istəmirəm. Çünki burada heç bir qanun işləmir, Ermənistanın heç bir vətəndaşı qorunmur, burada sadəcə bizi saymayan, son damlaya qədər qanımızı içməyə hazır olan qoşun - orda var. Xalqın əksər hissəsi də artıq onlara bənzəyərək vampirlərə çevrilib, hamını dişləyib və yoluxdurublar".

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu iki gün əvvəl Ermənistanda məşhur prodüser, rejissor, televiziya aparıcısı və "Yeni ermənilər" Şən və Hazırcavablar Klubu komandasının iştirakçılarından biri olan Artyom Akobyan öz facebook səhifəsində yazıb.

Dünən isə A.Akobyan evini satışa çıxararaq, qətiyyətlə ölkədən mühacirət etmək haqda qərarını bu şəkildə bəyan edib: "O ölkədə ki, savadsızlıq və zövqsüzlük dəbə diktə edir; o ölkədə ki, bütün müğənnilər yalnız toylar üçün mövcuddur, televiziyanın efirində isə hələ yolunmuş qaşlarla zərif oğlan olmayanadək reytinqin olmayacaq; harada ki, siyasətçi söyüş söyməyənədək sakitləşməyəcək; harada ki, hamı hər şeyə tüpürür, kimdəsə bədbəxtlik baş verəndə sevinirlər... orada yaşamaq istəmirəm".

A.Akobyan həm də hesab edir ki, o, uşaqlarını Ermənistan kimi ölkədə tərbiyə edib, böyüdə bilməz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.