Dünya

Amansız təqib bu cür görüntüləndi - Şübhəlini yaxalamaq üçün... - VİDEO

30 İyun 2016 17:46
0 Şərh     Baxış: 1 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da polisdən qaçmağa çalışan bir cinayətkar asayiş keşikçilərinə çətin anlar yaşadıb. Oğurluqda şübhəli bilinən şəxsi nəzarətə götürmək üçün polislər həm havadan, həm də qurudan onun arxasınca düşüblər.

Milli.Az atv.az-a istinadən bildirir ki, Hyuston şəhərində baş verən amansız təqib yerli telekanallardan birinin kameralarından yayınmayıb. Avtomobillə qaça bilməcəyini anlayan oğru boş ərazidə polislərin diqqətindən yayınaraq aradan çıxmağa çalışıb. Ancaq helikopterdəki təhlükəsizlik qüvvələri şübhəlini gözdən qoymayıb.

Uzun müddət müqavimət göstərən şübhəlinin təslim olmaq niyyətində olmadığını görən polislərdən biri heikopterdən tullanaraq aşağıdakı həmkarının köməyinə qaçıb. Yalnız bundan sonra şübhəlini nəzarətə götürmək mümkün olub.

Anbaan lentə alınan təqib ölkədə də maraqla izlənib. Polis mənbələrinin məlumatına görə, yaxalanan şəxs dostu ilə birgə oğurluğa imza atıb. İkinci şübhəlini isə şəhərin başqa bir səmtində yaxalamaq o qədər də çətin olmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Amansız təqib bu cür görüntüləndi - Şübhəlini yaxalamaq üçün... -

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.