Dünya

İstanbul terrorunda ölü sayı artdı - YENİLƏNİB

30 İyun 2016 17:49
3 Şərh     Baxış: 2 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:49

İstanbulun Atatürk hava limanında baş verən terror aktı nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Efkan Ala deyib. Onun sözlərinə görə, bu gün daha iki yaralı dünyasını dəyişib:

"Ölənlərdən 19-u əcnəbidir. Hazırda xəstəxanalarda 94 nəfər var".

Nazir əlavə edib ki, bu ana qədər terror hadisəsi ilə bağlı 13 nəfər saxlanılıb. Onlardan 9-u türkdür. 

----------

16:16

İstanbulda Atatürk hava limanında baş verən terror aktı qurbanlarının sayı artıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, daha bir yaralı dünyasını dəyişib. Bununla da ölənlərin sayı 43-ə yüksəlib.

Bu barədə açıqlamanı Türkiyənin daxili işlər naziri Efkan Ala verib. O, parlamentdə çıxışı zamanı terror hadisəsi ilə bağlı açıqlmalar verib. Nazir bildirib ki, ölən 3 nəfər terrorçunun adı bu siyahıda deyil. 

"Hazırda xəstəxanalarda 94 nəfər var. Ölənlərdən 19-u əcnəbilərdir. Əldə edilən sübutlar terroru İŞİD-in törətdiyini göstərir.

Bu ana qədər terror hadisəsi ilə bağlı 13 nəfər saxlanılıb. Onlardan 9-u türkdür. 

İstanbulun Atatürk hava limanında terror hadisəsi iyunun 28-də gecə saatlarında baş verib. "Kalaşnikov"la silahlanan 3 nəfər hava limanı ərazisinə girərək qarşılarına çıxanlara atəş açmağa başlayıblar. Daha sonra onlar özlərini partladıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.