Dünya

"Türkiyə dövləti terrora vərdiş olaraq yaşamalı deyil"

30 İyun 2016 15:48
0 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya terrora qarşı birgə mübarizə aparmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bu gün terror qurbanlarının xatirəsinin yad edildiyi tədbirdə deyib.

Səfir qeyd edib ki, məlum terror hadisələrindən sonra Azərbaycandan Türkiyəyə başsağlığı mesajı gəldi: "Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk. Çox istərdik ki, belə qanlı hadisələr olmasın. Hər dəfə belə hadisələrdən sonra Azərbaycan Türkiyə ilə yüksək səviyyədə hərmrəylik nümayiş etdirib. Türkiyədə baş veren terror hadisəsi alçaq və xaincə olan terror aktıdır. Bir şey bilinməlidir ki, Türkiyə dövləti terrora vərdiş olaraq yaşamalı deyil".

Diplomat sonra qeyd edib: "Terror, sadəcə, Türkiyənin problemi deyil, eyni zamanda, bütün dünyanın problemidir. Bu terror hadisəsinin hədəfi, sadəcə, Türkiyə deyil, bütün insanlıqdır. Dolayısıyla bütün bəşəriyyət terrora qarşı birgə mübarizə aparmalıdır."

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.