Dünya

Türkiyə-İsrail anlaşması Knessetdə yumruq davasına səbəb oldu - VİDEO

30 İyun 2016 15:44
1 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ilə münasibətlərin bərpasının müzakirəsi İsrail parlamentində dava ilə yekunlaşıb.

Milli.Az avropa.info-ya istinadən bildirir ki, deputatlardan biri hakimiyyəti qatil adalandırıb. O, 2010-cu ildə İsrail əsgərlərinin "Mavi Mərmərə" gəmisindəki insanlara atəş açmasını xatırladıb. O, zaman 6 gəmidən ibarət "Azadlıq donanması" Qəzza əhalisi üçün humanitar yardım daşıyırdı. 

Anlaşmanın əleyhdarları deyiblər ki, əvvəlcə Təl-Əviv rəsmi şəkildə Ankaradan üzr istəməlidir, sonra münasibətləri bərpa etməlidir. Knessetdə olan deputatların hamısı bu mövqeyi bölüşməyib. Əvvəlcə sözlü atışma olub, daha sonra deputatlar yumruq davasına çıxıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.