Dünya

İstanbul terrorunu törədənlər: kürd, qırğız, çeçen - FOTO

30 İyun 2016 14:49
4 Şərh     Baxış: 4 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbuldakı Atatürk hava limanında qanlı terror aktını törədənlərlə bağlı daha bir açıqlama verilib. Türkiyə DİN-in yaydığı məlumata görə, 42 nəfərin ölümünə, 239 nəfərinsə yaralanmasına səbəb olan terror aktını Rusiya, Özbəkistan və Qırğızıstan vətəndaşları törədiblər.
Milli.Az AHT-yə istinadən bildirir ki, onların üçü də "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının mənsublarıdır.
Özbəkistan  vətəndaşı İstanbula Daşkənddən, Qırğızıstan vətəndaşı olan kürd Belçikadan, Rusiyanın Dağıstan Respublikasının sakini olan şəxs isə Suriyanın Rəqqa şəhərindən gəliblər. Onlar ötən ay İstanbulun Fatih səmtində ikiotaqlı mənzildə kirayədə qalmağa başlayıblar.
Teraktla bağlı əməliyyatlar davam edir. 3-ü xarici ölkə vətəndaşı olmaqla 13 nəfər saxlanılıb.
Teraktda istifadə olunmuş 2 "Kalaşnikov" avtomatı, 2 "Glock" tapançası və əl qumbaralarını terrorçuların kimdən, necə aldıqları da araşdırılır.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.