Dünya

"Görüşüb söhbət edək ki, gələcəkdə Dağlıq Qarabağda bir yerdə necə yaşayacağıq?" - YENİLƏNİB

30 İyun 2016 15:58
Baxış: 2 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:58

Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Sabunçu rayonu, Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yerləşən N.Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində Dağlıq Qarabağın azərbaycanlı icması və şuşalı məcburi köçkünlərlə görüşüb.

Trend-in məlumatına görə, tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsilə bağlı Dağlıq Qarabağın erməni icması ilə davamlı görüşlərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü, millət vəkili Rövşən Rzayev münaqişənin həlli üçün bu cür görüşlərin keçirilməsi vacib hesab etdiyini deyib. Millət vəkili bildirib ki, azərbaycanlılar Dağlıq Qarabağda ermənilərlə birlikdə yaşamağa razıdırlar.

Görüşdən sonra icma üzvü Fərhad Bədəlbəyli Trend-ə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağın azərbaycanlı icmasının təşəbbüsünü dəstəkləyib və bu barədə qarşı tərəflə danışıqlar aparacağını bildirib: "Biz təkliflə çıxış etdik, Frank-Valter Ştaynmayer də bu təklifi bəyəndi. Bizim məqsədimiz məlumdur. Amma bilirik ki, ermənilər buna razılıq verməyəcək. Rövşən Rzayev Frank Valter Ştaynmayerə bildirdi ki, biz hansı ölkədə istəsəniz, o ölkədə görüşməyə razıyıq. Almaniyada, Brüsseldə, Strasburqda, hansı ölkə olursa-olsun, biz görüşə tam hazırıq. Görüşüb söhbət edək ki, biz gələcəkdə Dağlıq Qarabağda bir yerdə necə yaşayacağıq? Çünki Robert Koçaryan açıqlama vermişdi ki, azərbaycanlılarla ermənilər Dağlıq Qarabağda bir yerdə yaşaya bilməz. Bu, bir faşist ideologiyasıdır. Ona görə də biz düşünmürük ki, ermənilər buna razılıq versinlər".

F.Bədəlbəyli bildirib ki, görüşdə Frank-Valter Ştaynmayer qarşı tərəfin fikirlərini bilmədiyi üçün konkret bir söz deməyib: "Ştaynmayer dedi ki, bu təşəbbüsə erməni tərəfinin münasibəti öyrəniləcək. O bildirdi ki, münaqişənin tez bir zamanda həll olunması üçün əllərindən gələni edəcəklər. Amma münaqişənin həlli, sülhə nail olmaq üçün tərəflər də çalışmalıdır".

-----------

14:47

"ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını tapmağa çalışır. Biz əlimizdən gələni edəcəyik ki, münaqişə həll olunsun". 

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Bakı şəhəri Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən N. Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində şuşalı məcburi köçkünlərlə keçirilən görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri  Frank Valter Ştaynmayer deyib. 

Ştaynmayer bildirib ki, aprel hadisələri zamanı bütün səylər atəşin dayandırılmasına yönəlib: "İndi demək olar ki, atəş yoxdur. Lakin "status-kvo" belə qalmamalı, danışıqlar yolu ilə dəyişməlidir. Mən İrəvanda görüşlər keçirmişəm, Bakıda da görüşlər keçirəcəyəm. Biz çalışmalıyıq ki, münaqişənin həll yollarını tapaq. Aprel hadisələri göstərdi ki, münaqişə çoxlu qurbanlara səbəb olur. Hər tərəf başa düşməlidir ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Biz addım atmasaq, qısa müddətdə ekskalasiya baş verəcək, vəziyyət gərginləşəcək. ATƏT bütün imkanlarından istifadə edəcək ki, gələcək sülhün bünövrəsi yaransın. Əlimizdə əvvəldən müəyyən sənədlər var, biz o sənədlərin əsasında addımlar atmalıyıq. Azərbaycan və Ermənistan da  münaqişənin həlli üçün səy göstərməlidir". 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.