Dünya

İstanbul faciəsi bu evdə planlaşdırıldı - ŞOK FAKTLAR - FOTO

30 İyun 2016 12:02
7 Şərh     Baxış: 3 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Atatürk hava limanını qana bulayan 3 terrorçu 32 gün öncə İstanbula gəlib və Fatih Horhor bölgəsində ev kirayələyib.

Milli.Az teleqraf.com-a istnadən bildirir ki, İstanbul Terrorla Mübarizə İdarəsi və Təhlükəsizlik Xidməti 3 kamikadzenin terroru necə gerçəkləşdirdiklərini açıqlayıblar.
 
Çeçen əsilli olduqları iddia edilən terrorçular Fatih Horhor bölgəsində kirayə tutduqları evdə terroru planlaşdırıblar. Ev sahibi olan B.Y. dindirilmə zamanı 3 əcnəbinin evi kirayələdiyini, ona Rusiya pasportunu göstərdiklərini və 1 illik kirayə pulunu əvvəlcədən ödədiklərini bildirib.
 
Evin yaxınlığında quraşdırılan təhlükəsizlik kamerasını izləyən polislər terrorçuların yerli vaxtla 20:35-də (Bakı vaxtı ilə 21:35-də) evi tərk etdiklərini müəyyən ediblər. Terrorçular evdən çıxarkən bəzi əşyalarını yaxınlıqdakı zibil qutusuna atıblar. Polislər həmin əşyalar arasında gündəlik və qeydiyyat kitabçası tapıblar.
 
Kamikadzeləri aeroporta aparan taksi sürücüsü M.B. da dindirilib. O bildirib ki, əcnəbi əsilli 3 nəfər onları Atatürk hava limanına aparmağı istəyib: "Onların əlində 1 böyük və 2 balaca çanta var idi. Saat 20:45-də avtomobilimə əyləşdilər və yarım saata onları hava limanına çatdırdım. Pulumu verib getdilər. Aeroportun önündə gözləmək qadağan olduğu üçün maşını sürüb, oradan uzaqlaşdım. Bir müddət sonra aeroportda partlayış olduğunu eşitdim. Çeçen və ya Qafqaz əsilli olan həmin əcnəbilər çox rahat idilər, heç bir həyəcan və ya stress yox idi".
 
Hadisə ilə əlaqədar terrorçuların qaldığı evin qonşuluğunda yaşayan şəxslər də dindiriliblər. Qonşular onlarla heç bir əlaqə saxlamadıqlarını və çox vaxt evdən dava səslərinin gəldiyini bildiriblər.
 
Aeroportdakı təhlükəsizlik kamerasını izləyən polis verdiyi açıqlamada terrorçuların hava limanında yarım saat gözlədiyini, daha sonra ayrı-ayrı istiqamətə getdiklərini bildirib.
 
Artıq terrorçulardan birinin kimliyi aydınlaşıb. O, çeçen əsilli Osman Vadinov olub.
 
Qeyd edək ki, məlum terror aktı zamanı 42 nəfər həyatını itirib, 239 nəfər yaralanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.