Dünya

Alman nazirin İncirlik səfərinin tarixi bəlli oldu

30 İyun 2016 08:37
0 Şərh     Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Müdafiə naziri Ursula von der Leyenin Türkiyənin İncirlik hərbi bazasına səfər edəcəyi gün açıqlanıb.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, Leyen cümə günü İncirlik səfərinə başlayacaq.
 
Xatırladaq ki, Leyen daha öncə İncirliyə səfərinin məqsədini açıqlamışdı: "Yaxın günlərdə İncirliyə gedərək, əsgərlərimizin vəziyyəti ilə maraqlanmaq üçün onlarla görüşəcəyəm. Bu arada alman ordusunun parlamentin əsgəri olduğunu da Türkiyəyə başa salacam. Bu parlamentarilər Türkiyəni Suriyadan gələn raketlərdən müdafiə etmək üçün "Patriot" sistemlərinin qurulmasına icazə verən insanlardır".
 
Qeyd edək ki, daha öncə Türkiyə Almaniya nümayəndə heyətinin İncirliyə gəlməsi ilə bağlı təklifi rədd etmişdi. Bundan əvvəl, İncirliyə səfər edən Leyen özü ilə 20-yə yaxın mətbuat nümayəndəsini aparmışdı, ancaq bu dəfə mətbuat nümayəndələri olmadan səfərini reallaşdıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.