Dünya

2016-cı il: Türkiyənin terror xronikası

30 İyun 2016 08:33
2 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çərşənbə axşamı İstanbulun Atatürk Hava Limanında 42 nəfərin həyatına son qoyub, daha 238 nəfəri isə yaralayan terror aktı törədildi.
 
Bu dəhşətli partlayış Bakı vaxtı ilə təxminən 23.00 radələrində baş verdi.
 
Milli.Az axar.az-a istinadən 2016-cı ildə Türkiyədə baş verən terror aktlarının xronikasını təqdim edir:
 
İstanbul, 7 iyun
 
İstanbulun Bəyazid bölgəsində polis avtomobilinə hücum edildi. Hücum nəticəsində 7-si polis olmaqla, 11 nəfər dünyasını dəyişdi, 36 nəfər isə yaralandı.
 
Terror aktının məsuliyyətini Kürdüstan Azadlıq Şahinləri (TAK) öz üzərinə götürdü.
 
Diyarbəkir, 12 may
 
Diyarbəkir yaxınlığında, Sarıqamışda içində partlayıcı maddə olan avtomobil havaya uçuruldu. Maşının daxilində 10-15 ton arası partlayıcı maddə var idi. İnsident nəticəsində 16 nəfər öldü, 23 nəfər yaralandı.
 
Ankara, 13 mart
 
Ankaranın mərkəzi Qızılay meydanındakı avtobus dayanacağında terror aktı törədildi. Terror nəticəsində 37 nəfər vəfat etdi, 125 nəfər yaralandı.
 
Terror aktının məsuliyyətini Kürdüstan Azadlıq Şahinləri (TAK) öz üzərinə götürdü.
 
Ankara, 17 fevral

Ankaranın mərkəzində bomba quraşdırılmış maşın partladıldı. İnsident nəticəsində 29 nəfər öldü, 61 nəfər yaralandı.
 
Terror aktının məqsədi sözügedən əraziyə yaxınlaşmaqda olan hərbi maşını partlatmaq idi. Lakin sözügedən maşın işıqforda qırmızı işıqda durduğu üçün terrorçular öz məqsədlərinə nail ola bilmədi.
 
İstanbul, 12 yanvar

Sultanəhməd meydanında törədilən terror aktı nəticəsində 11 nəfər dünyasını dəyişdi, 15 nəfər yaralandı. Terroru Suriya əsilli, İŞİD üzvü kamikadze-terrorçu törətdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.