Dünya

Fransa prezidenti "qara rekord" vurdu

30 İyun 2016 08:31
0 Şərh     Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident seçkilərinə bir ildən az müddət qalmış Fransa prezidenti Fransua Ollandın reytinqi 12%-dək enib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Figaro" qəzeti rəy sorğularını keçirən "TNS Sofres-Onepoint" şirkətinə istinadən yazıb.
 
Sorğunun nəticələrinə görə, fransızların  12%-i F.Ollandı qismən və yaxud tam şəkildə dəstəkləyir,  86%-i isə dəstəkləmir və yaxud Fransa prezidentini lider kimi qəbul etmir. Hazırkı reytinq Ollandın prezident kimi fəaliyyətə başladığı müddətdən bəri populyarlığının ən aşağı göstəricisidir.
 
Bununla belə, rəyi soruşulanların 20%-i baş nazir Manuel Valsı dəstəkləyib. Rəy sorğusu iyunun 23-27-də keçirilib. Fransada növbəti prezident seçkiləri 2017-ci ilin yazında baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.