Dünya

Braziliya Senatı prezidentlə vidalaşacaq?

30 İyun 2016 08:29
0 Şərh     Baxış: 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya Senatı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan prezident Dilma Russeffin impiçmenti məsələsinə avqustun 20-də baxacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Braziliya parlamentin yuxarı palatasının sədri Renan Kaleyros bildirib.
 
Dilma Russeffin vəzifədən 180 gün müddətinə kənarlaşdırılmasından sonra vitse-prezident Mişel Temer artıq yeni hökumət qurub.
 
Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Russefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri "Petrobras" Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Russeff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.
 
Xatırladaq ki, avqustun 5-dən 21-dək Braziliyada XXXI yay Olimpiadası keçiriləcək. Bu, Cənubi Amerikada təşkil olunan ilk Olimpiya oyunlarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.