Dünya

Türkiyənin baş naziri: "İstanbulda baş verən terror aktından sonra..."

29 İyun 2016 23:02
1 Şərh     Baxış: 2 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda baş verən terror aktından sonra hava limanlarında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

APA-nın "Hürriyət"-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.
 
"Hava limanlarının mühafizəsinə dair müvafiq tədbirlərin görülməsi zəruridir. Biz aeroportlarda təhlükəsizliyi gücləndirəcəyik", deyə B.Yıldırım bildirib.
 
Onun sözlərinə görə, böyük ehtimalla terror aktını İŞİD terror qruplaşması törədib.
 
Qeyd edək ki, ötən axşam Atatürk Hava Limanında törədilən partlayışlar nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.