Dünya

Cəlladların yazışması: "Sevinin, şəhər qana bələndi"

1 İyul 2016 14:54
9 Şərh     Baxış: 3 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Onlar anlamalıydılar ki, əməllərinə görə cavab verməlidirlər. Allah qarşısında əməl məsuliyyətindən kimsə yaxasını kənara çəkə bilməz. Biz cəzanı verən yox, o cəzanın gerçəkləşməsində vasitəçiyik".

"İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçuları İstanbulun Atatürk hava limanında törədilmiş terror aktını belə şərh edirlər.
İŞİD mənsublarının "sevimli" messenceri olan Telegram-da "İslam Xilafəti"nin üzvləri, tərəfdarları və bu ideologiyaya rəğbət bəsləyənlərin çoxsaylı çatları, forumları, botları var.

Həmin çatlar və forumlar terrorçular üçün Twitter funksiyasını yerinə yetirir. 

Belə çatlardan birində İstanbuldakı terakt müzakirə olunub. İŞİD-in yüksək və orta rütbəli komandirləri ilə yanaşı, sıravi üzvlərinin də qatıldıqları çatda terror təşkilatının gerçək siması, niyyətləri və planları daha konkret görünür.

İŞİD-in mərakeşli mənsubu Əbu Üsama əl Məğribi yazır: "Əxilər (qardaşlar, - red.), Türkiyə bizə qarşı vuruşan, bizə qarşı düşmən mövqe tutan kafir ölkələrin sırasına qoşulub. Türkiyədə qardaşlarımız hər gün tutulur, işgəncələrə məruz qalır, öldürülür. Türkiyə ölkəmizə zərbələr endirir və başqa kafir ölkələrin zərbələrinə xeyir-dua verir, bizi yox etmək istəyənləri dəstəkləyir. Şükür Allaha ki, o hava limanındakı qisas əməlini qardaşlarımız həyata keçirdilər. Türkiyə qardaşlarımıza qarşı ədalətsiz davranışına görə əvvəl-axır hesab ödəməliydi".

Əl Yasin Məşriq adlı terrorçu yazır: "Türkiyə bilməlidir ki, bizə zərbələr endirən istənilən kafir ölkə, Taqut hakimiyyət təki əməllərinə görə cavab verəcək".

"Sədlərə hücum çəkən" nikli digər terrorçu isə "zərbələri davam etdirməyə" çağırır: "Ey əziz qardaşlarımız və dostlarımız, sevgili, əziz mücahidlər! Bizim üçün amerikalı müsəlman kafirlərə dəstək verən ərəbdən və ya türkdən daha üstündür. İbn Təymiyənin dediklərini unutmayın. O demişdi: "Əlimdə Quran olsa belə, əgər kafirlərin sırasındayamsa, məni öldürün. Kafirlərin arasında olan müsəlman deyil".

Qəssura Əl Cəzravi adlı birisi yazıb: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsini məhvə aparır. O bizə qarşı savaşa qoşuldu, kafirləri dəstəklədi, ölkəsindəki hərbi bazaların qapılarını onlar üçün açdı ki, qardaşlarımızı öldürsünlər, bombalasınlar. İndi o, düşüncəsiz əməllərinə görə cavab verməli olduğunu anlayır".

"Taqutları devirən" nikli İŞİD mənsubu hesab edir ki, İstanbuldakı Atatarük hava limanından iki gün əvvəl Türkiyənin İsraillə münasibətləri normallaşdırmaqla bağlı razılaşma əldə etməsi təsadüf deyil: "Bəyəm onlar anlamırlar ki, iqtisadiyyatdakı böhrandan qurtulmaq üçün yəhudilərlə anlaşmaq çıxış yolu deyil?! Türkiyə anlamır ki, iqtisadiyyatındakı durum əslində bizdən, canlarını qurban verməyə hazır, şəhid olmağı arzulayan insanlardan asılıdır?!"

"Zirehləri dələn" nikli İŞİD terrorçusu "siyasi təhlil"ə varıb: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kafirlik aləminə qapını açıb və buna görə də mücahid qardaşlarımızın qəzəbini hiss edəcək. O, qardaşlarımıza hücum edərək bu savaşa başlayıb. Ərdoğanın və Türkiyənin bu əməllərə görə hesab vermək zamanı çatıb. İstanbuldakı qisas əməlini həyata keçirmiş qardaşlarımıza görə Allaha dua edəcəyik. Gün gələcək və Hz.Məhəmmədin (s.ə.s.) dediyi kimi, mühacidlər Konstantinopolu azad edərək Türkiyəni ələ alacaqlar".

"Hafiz Malik" adlı terrorçu terakta sevinib: "Şəhəri qana bələdik! Əhsən qardaşlarımıza!"

İŞİD təbliğatının bir hissəsini də Romanın və terrorçuların "Konstantinopol" adlandırdıqları İstanbulun ələ keçirilməsi çağırışları təşkil edir.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.