Dünya

Kadırovdan Türkiyəyə qarşı gözlənilməz addım

29 İyun 2016 10:49
9 Şərh     Baxış: 35 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistan prezidenti Ramzan Kadırov İstanbul Atatürk Hava Limanında törədilən terror hadisəsini pisləyib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Kadırov hadisə zamanı həyatını itirənlərin yaxınlarına başsağlığı verib: 

"Terrorçuların kim olmalarının və nə istədiklərinin heç bir önəmi yoxdur. Onların bu hərəkətlərini kəskin qınayırıq. Dünyada terrorla məqsədə çatmaq olmaz. Belə əmələ haqq qazandırmaq qətiyyən qəbuledilməzdir. Əgər terrorçulara qarşı müştərək şəkildə sərt tədbirlər görülərsə, insanlığa düşmən kəsilənlərin qarşısını almaq mümkün olar. Terrorçuların əsl məqsədi qan, kütləvi qətllər və qorxudur".

Qeyd edək ki, Kadırov bundan öncəki çıxışlarında Türkiyə ilə bağlı sərt fikirlər səsləndirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.