Dünya

Ölü sayını artırmaq üçün terrorçulardan xain plan - FOTO

29 İyun 2016 09:38
11 Şərh     Baxış: 18 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə İstanbul Atatürk hava limanı qana bulanıb. 3 terrorçunun özünü partlatması nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

"Yeni Şafak" qəzetinin xəbərinə görə, terrorçular ölü sayını artırmaq üçün xain plandan istifadə ediblər. Belə ki, "canlı bomba"lardan biri "X ray" cihazını keçdikdən sonra qışqıraraq oradakılara: "Bir azdan burada bomba partlayacaq", - deyib. Onun sözlərindən təşvişə düşənlər qaçaraq çıxışa doğru hərəkət ediblər. Bu anda digər tərəfdə gözləyən 2 kamikadze onlara silahla atəş açdıqdan sonra özlərini partladıb.

Qeyd edək ki, baş verən terror aktına görə "İslam dövləti" terror qruplaşması (İŞİD) məsuliyyəti öz üzərinə götürüb.

Bəxtiyar Umarlı 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.