Dünya

PKK-dan İstanbuldakı terror aktı ilə bağlı AÇIQLAMA

29 İyun 2016 08:04
4 Şərh     Baxış: 19 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PKK terror təşkilatının hərbi qanadının nümayəndəsi PKK-nın İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə əlaqəli olması iddiaları təkzib edib. Bu barədə APA "RİA Novosti"yə istinadən xəbər verir.  

"PKK dinc sakinlərə qarşı, xüsusilə də təsadüfən yoldan keçənlərə qarşı terror aktları törətmir. Onların əksəriyyəti heç Türkiyə vətəndaşı da deyil və PKK-nın mübarizəsi ilə heç bir əlaqəsi yoxdur. Biz yalnız türkiyəli hərbçi və xüsusi təyinatlılarla dağlarda mübarizə aparırıq, biz aeroportlarda və digər dinc obyektlərdə partlayışlar törətmirik", - deyə o bildirib.   
 
O həmçinin əlavə edib ki, PKK heç vaxt terrorçu-kamikadzelərdən istifadə etmir. PKK-çı terror aktının İŞİD-in və digər radikal qruplaşmaların dəsti-xətti olduğu qeyd edib.  
 
Qeyd edək ki, İstanbulun Atatürk hava limanında terror aktları nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.