Dünya

Ərdoğan İstanbuldakı terror aktından danışdı

29 İyun 2016 07:38
0 Şərh     Baxış: 3 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Atatürk hava limanında baş vermiş terror aktını pisləyib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, terror təşkilatları tərəfindən günahsız insanlara qarşı yönəldilmiş bu hücum bir daha onların məkrli niyyətini göstərdi.

Prezident bildirib ki, bu hücumun müqəddəs Ramazan ayında edilməsi terroçular üçün müqəddəs bir şeyin, o cümlədən onların dininin olmadığını göstərir: "Hər şeyə rəğmən, Türkiyə terrorizmlə mübarizə aparmaqda davam edəcək".

Qeyd edək ki, hava limanında törədilən terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.