Dünya

Türkiyə mediasına hava limanındakı terror hadisəsinin işıqlandırılmasına qadağa qoyulub

29 İyun 2016 07:37
0 Şərh     Baxış: 2 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Televiziya və Radio Yayımı Şurası İstanbulun "Atatürk" hava limanındakı terror hadisəsi ilə bağlı təfərrüatların  işıqlandırılmasına müvəqqəti qadağa qoyub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Qadağanın çaxnaşma və vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədi ilə qoyulduğu bildirilir.   
 
Bəyanatda qeyd olunur ki, terror aktları ilə əlaqəli şəxslərin müəyyənləşdirilməsi üçün partlayışların baş vermə məqamını, partlayışlardan sonrakı səhnəni əks etdirən kadrlar və dövlət qurumları işçilərinin işini əks etdirən bütün  materiallar müvafiq rəsmi qurumlara təqdim edilməlidir.
 
Son məlumata görə, terror hücumları nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.