Dünya

ABŞ Dövlət Departamenti İstanbuldakı partlayışı əvvəlcədən bilirdi?

29 İyun 2016 07:25
2 Şərh     Baxış: 2 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti İstanbulun Atatürk hava limanında baş verən terror aktından əvvəl vətəndaşlarına xəbərdarlıq etmişdi.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin bundan əvvəl ABŞ vətəndaşlarının Türkiyəyə səfəri ilə bağlı yayımladığı xəbərdarlığı yeniləməsindən sonra Atatürk hava limanında partlayış olub.

Xəbərdarlıqda ABŞ vətəndaşları terror hücumları və bəzi terrorçu qrupların təhdidləri səbəbindən Türkiyədə səyahətləri zamanı diqqətli olmağa çağırılıb.

Qeyd edək ki, hava limanında törədilən terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.