Dünya

Azərbaycanlı qadın Türkiyədə qalmaqal yaratdı

28 İyun 2016 23:31
5 Şərh     Baxış: 4 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə vətəndaşı Pelin Meltem Evrensellə birlikdə tanınmış yoqa ustası Akif Manafı şantaj edərək ona məxsus "Yoqa Academy"ni ələ keçirmək istəyən azərbaycanlı Natəvan Ələsgərova barəsində cinayət işi açılıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, haqqında "iftira atma, cinayət törətmə və şantaj" maddələri ilə cinayət işi başlanan Natəvan Ələsgərova digər cinayət ortağı P. M Evrensel kimi cəzadan qurtarmaq üçün xarici ölkəyə qaçıb.

Məlumatat görə, P.M. Evrensel Akif Manafı ilk olaraq 2014-cü ilin əvvəlində məhkəməyə verib. Məqsədi onu həbs etdirib 2 ay sonra onun idarə etdiyi yoqa akademiyasına sahib olmaq idi. Lakin məhkəmə P. M Evrenselin şikayətini təmin etmədiyindən, o, digər qadınlardan istifadə edərək bu niyyətini həyata keçirməyə çalışıb.

2014-cü ilin iyul ayında şikayəti təmin olunmadıqdan 2 həftə sonra P.M. Evrensel 2010-2014-cü illərdə Acıbademdə yoqa akademiyası mərkəz işlədən azərbaycanlı qadın Natəvan Ələsgərovadan istifadə edir. Onu inandırıb ki, Akif Manaf haqqında şikayət versə, 100 min dollar təzminat əldə edə bilər.

Lakin onların bu niyyəti baş tutmayıb və məhkəmə onların şikayətini təmin etməyib. Bundan sonra N.Ələsgərova Akif Manafa xəbər göndərərk şikayətini 100 min dollar verəcəyi təqdirdə geri götürəcəyini bildirib. Onun rədd cavabından sonra qadın məbləği azaltmaqla razılaşmaq istəsə də, A.Manaf üzərinə iftira atılaraq şantaj edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.