Dünya

İstanbul aeroportunda atışma və partlayışlar: ölü və yaralı sayı artır - YENİLƏNİB - VİDEO - FOTO

29 İyun 2016 23:29
66 Şərh     Baxış: 51 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

29.06.2016

23:29

İstanbul hava limanında terror aktı nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet" qəzeti yazıb.

Son məlumatlara görə, terror hücumu nəticəsində 239 nəfər yaralanıb.

----------

14:35

Atatürk hava limanında baş verən terror hadisəsi zamanı ölənlərin sayı artıb.  

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, terror zamanı ölənlərin sayı 41-ə çatıb, 239 nəfərin isə yaralandığı deyilir.
 
İstanbul Bələdiyyəsindən verilən məlumatda bildirilir ki, yaralılardan 109 nəfəri evə buraxılıb, 130 nəfərin müalicəsi isə davam etdirilir.
Ölənlərdən 37 nəfərin kimliyi təsdiqlənib. Onlardan 10 nəfərin xarici vətəndaş olduğu qeyd edilir. Ölənlərdən 19-nun cənazəsi ailəsinə təhvil verilib.

-------

09:40 

İstanbulun Atatürk aeroportunda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 50-yə çatır, 106 nəfər isə yaralanıb.

Virtualaz.org bildirir ki, bu barədə "Assoşieyted Press" yerli yüksək vəzifəli türkiyəli məmura istinadən məlumat yayıb.

Bundan əvvəl İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu, 60 nəfərin yaralandığını bildirmişdi.

----------

07.10

İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.

Trend-in Milliyət qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Baş naziri Binəli Yıldırm bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Bundan əvvəl ədliyyə naziri Bəkir Bozdağ bildirmişdi ki, terror aktı zamanı 31 nəfər ölüb, 147 nəfər yaralanıb.

-----------

00:22

Milli.Az Habertürk-ə istinadən bildirir ki, Atatürk hava limanında iki "canlı bomba" polislərə və sərnişinlərə "Kalaşnikov" avtomatlarından atəş açandan sonra özlərini partladıblar.

Atışma və partlayışlarda 10 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Videonu izləmək üçün şəklə klikləyin:

İstanbul hava limanında atışma və partlayışlar: 36 ölü, 147 yaralı - 1

İstanbul hava limanında atışma və partlayışlar: 36 ölü, 147 yaralı - 2

İstanbul hava limanında atışma və partlayışlar: 36 ölü, 147 yaralı - 3

----------

00:07

Milli.Az DHA-ya istinadən bildirir ki, Atatürk hava limanında teraktı 2 "canlı bomba" törədiblər. Onlardan biri "Kalaşnikov" avtomatı ilə silahlanıbmış. Bu terrorçu limandakı sərnişinlərə və polislərə atəş açıb.

4 partlayışda və atışmada 10 nəfərin həlak olduğu, 42 nəfərin yaralandığı bildirilir.

10 nəfərin həlak olduğunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ da təsdiqləyib.

İki ""canlı bomba"nın özlərini partlatdıqları bəlli olub.

-----------------

28.06.2016

23:58

İstanbuldakı Atatürk hava limanının beynəlxalq uçuşlar terminalında daldabal baş vermiş partlayışlar nəticəsində 40-dan artıq yaralı olduğu vurğulanır. Ölənlərin olduğu söylənir.

Milli.Az DHA-ya istinadən bildirir ki, terminalın CİP bölgəsinin iki ayrı məkanında dalbadal partlayışlar olub. İlkin məlumata görə, iki terrorçu polisin şübhələndiyini görərək üzərilərindəki 4 əl qumbarasını rentgen qurğularına tərəf atıblar. Bu səbəbdən 4 partlayış olub.

Polislər terrorçulara atəş açıblar, atışma olub.

Türkiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə, olay yerinə 23 təcili yardım maşını göndərilib.

Hava limanına aparan bütün yollar bağlanıb. Hava limanına mülki avtomobillərin girişi və çıxışı yasaqlanıb.

Bakırköy Dövlət Xəstəxanasına artıq 40-dan çox yaralı aparılıb.

23:27

İstanbulda Atatürk hava limanında bir az əvvəl iki partlayış səsi eşidilib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin aparıcı KİV xəbər yayıb.

Məlumata görə, partlayış səslərindən sonra silah səsləri eşidilib. İlkin xəbərlərə görə, çox sayda yaralı var.

Hadisə yerinə çox sayda təhlükəsizlik qüvvələrinin əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Теракт в аэропорту Стамбула - 3

İstanbul hava limanında atışma və partlayışlar: 36 ölü, 147 yaralı - 4

Момент взрыва в аэропорту Стамбула

Теракт в аэропорту Стамбула -1

Теракт в аэропорту Стамбула -2

Теракт в аэропорту Стамбула - 4

Türkiyədəki partlayış anı - 1

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.