Dünya

Marsa qar yağdı - FOTO

28 İyun 2016 16:20
5 Şərh     Baxış: 1 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mars planetinə, sözün əsl mənasında, qış gəlib.

Milli.Az anspress-ə istinadən bildirir ki, NASA-nın paylaşdığı şəkillərdə qırmızı planetin üst hissəsi göyümtül örtüyə bürünüb.

Bu şəkillər "Mars Reconnaissance Orbiter (MRO)" orbitinə quraşdırılmış "High Resolution Imaging Science Experiment (HiRISE)" foto kameraları vasitəsi ilə çəkilib.

Bildirilir ki, qırmızı planetdəki korbon qazının payı 95% təşkil etdiyindən o, 100 dərəcədən aşağı temperaturda donur və kristallara çevrilir. Qar hissəcikləri mavi toza bənzəyir.

NASA mütəxəssisləri artıq 15-ci mövsümdür ki, qütb təpələrində qar örtüyünün yaranmasını müşahidə edirlər. 

Daha əvvəllər isə yapon alimlər Marsdan göndərilən məlumatları araşdıraraq planetin atmosfer təzyiqində bəzi dəyişikliklər müşahidə ediblər. Bu səbəblə də Marsdakı tozun karbondioksid səbəbilə qar və qar fırtınası yaratmağa daha meylli olduğu bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.