Dünya

Dünyanın ən varlı adamı gülüş hədəfi oldu - FOTO

28 İyun 2016 15:15
6 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən varlı insanı olan Bill Qeyts "Facebook"da gülüş hədəfi olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, öz "Facebook" hesabında paylaşdığı şəkil ilə Tailanddakı yoxsulluğa diqqət çəkmək istəyən milyarder səhvə yol verib.

Bill Qeytsin elektrik naqilləri ilə telefon naqillərini qarışıq salması müzakirələrə səbəb olub.

"Problemli  infrastruktur səbəbiylə bir çox region tez-tez gözlənilməz və ya planlı elektrik fasilələri ilə qarşılaşır. Bu şəkildə gördüyünüz kimi qarışıq naqilləri olan çox bina gördüm. Həm də bir çox ölkədə. Amma bura Tailanddır. İnsanlar elektrik kəsilmələrində qeyri-qanuni yollarla evlərinə işıq çəkərək ehtiyaclarını təmin etməyə çalışarkən həyatlarını təhlükəyə atmış olurlar", - deyə milyarder paylaşdığı şəklə şərh yazıb.

"Texnologiya dahisi hələ telefon naqili ilə elektrik naqilini ayıra bilmir", -deyən sosial şəbəkə istifadəçiləri Tailandda elektrik sisteminin yetərincə təkminlləşdirildiyini, insanların elektrik əldə etmək üçün dirəklərə çıxmadıqlarını bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.