Dünya

Papanın səfəri Ermənistanı bir-birinə qatdı

28 İyun 2016 14:24
1 Şərh     Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Papasının Ermənistana üç günlük səfəri maraqlı hadisələrlə yadda qalıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, səfər zamanı Vatikan liderinin Ermənistanın katolik mərkəzi sayılan Gümrüdə olarkən "Latın liturgiyası" mərasimini keçirməsi, qriqoryan məzhəbli xristian və rəsmilərin də orada iştirakı Ermənistan ictimaiyyətinin narazılığına səbəb olub.
 
Bildirilir ki, hakimiyyətin xalqın inanclarını heçə sayıb, qriqoryan məzhəbindən imtina edərək, katolik məzhəbinə yer verməsi erməniləri özündən çıxarıb.
 
Məlumata görə, Sərkisyan və xanımı dünya katoliklərinin dini rəhbərinin kortejini İrəvandakı "Sisernakaberd" xatirə kompleksinin yerləşdiyi yüksəklikdə qarşılayarkən Rita Sərkisyanın qaydalara uyğun geyimdə olmaması, başını və sinə nahiyəsini açıq qoyması Roma Papasına hörmətsizlik kimi qiymətləndirilib.
 
Qeyd edək ki, Roma Papasının Ermənistana səfəri iyunun 24-də başlayıb. Fransisk İrəvanda yazılı mətndə olmamasına baxmayaraq, şifahi nitqində "erməni soyqırımı" ifadəsindən istifadə edib. Səfər 26 iyun tarixində başa çatıb. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.