Dünya

Pilotun ustalığı 113 insanın həyatını xilas etdi - VİDEO

28 İyun 2016 15:12
1 Şərh     Baxış: 1 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəziləri  hərbi təyyarələrdə uçaraq ali pilotaj  fiqurları yerinə yetirir, hətta  hərbi fəaliyyətlərdə iştirak edir, digərləri uzunmüddətli uçuşlar həyata keçirir və bu zaman daşıdıqları sərnişinlərin bütün məsuliyyəti onların üzərinə düşür.

Bu gün sizə mülki aviasiya pilotlarından biri haqqında danışmaq istəyirik. Adı  Huşəng Şahbazidir. O, Moskvadan Tehrana uçuş həyata keçirirdi. Hər şey yaxşı görünürdü, lakin eniş zamanı təyyarənin işində nasazlıq yaranır. Bu zaman təyyarədə sərnişin və heyət üzvləri ilə birlikdə 113 nəfər olub.
 
Məsələ burasındadır ki, eniş zamanı təyyarənin qabaq şassisi  açılmır. Ancaq  Huşəng öz ustalığını göstərir və bu fövqəladə vəziyyətdə  nə təyyarənin göyərdəsindəki insanlar, nə də aeraportun xidməti personalı zərər görür.
 
Milli.Az xezerxeber.com-a istinadən həmin kadrları təqdim edir:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Pilotun ustalığı 113 insanın həyatını xilas etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.