Dünya

Türkiyədə polis maşını partladıldı: ölən və yaralılar var - YENİLƏNİB

28 İyun 2016 14:29
1 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:29

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir bölgəsində partlayış törədilib.

Hadisə nəticəsində 2 polis və 8 vətəndaş yaralanıb. Partlayış nəticəsində evlərə və iş yerlərində ziyan dəyib.

Terror aktının PKK qruplaşması tərəfindən törədildiyi bildirilir.

Son məlumata görə, yaralı polislərdən biri dünyasını dəyişib.

---------

12:29

Türkiyənin Diyarbəkir vilayətində partlayış olub.

Milli.Az "Milliyet"ə istinadən xəbər verir ki, PKK terroristləri tərəfindən minalanmış avtomobil yaxınlıqdan polis avtobusu keçərkən partladılıb.

Partlayışın səsi Diyarbəkirin bir çox yerlərindən eşidilib. Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata görə, 8 nəfər yaralanıb.

Bəxtiyar Umarlı 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.