Dünya

Bu həftə Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı baş tuta bilər"

28 İyun 2016 08:53
0 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tuta bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə baş naziri Binali Yıldırım özünün "Tvitter" səhifəsində yazıb.
 
"Türk və rus xalqları bu böhranın əleyhinədir. İyunun 29-u və yaxud 30-da prezidentimiz cənab Putin ilə telefon danışığı aparacaq", B.Yıldırım yazıb.
 
"TRT Haber"də qatıldığı canlı yayımda Binali Yıldırım Rusiya prezidenti Vladimir Putinə ünvanlanan məktubdan da danışıb: "Prezidentimizin məktubunun məzmunu çox açıqdır. Biz bu məsələdən dərin üzüntülərimizi bildirdik. Təyyarə ilə bağlı insidentdə həyatını itirənlərin ailələrinə baş sağlığı dilədik. Lazım olsa təzminat verəcəyimizi vurğuladıq. İki ölkə arasında əlaqələrin bundan sonra normala dönməsinin vacibliyini qeyd etdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.