Dünya

Kerri: "Bu keçid dövründə başımızı itirməməliyik"

27 İyun 2016 19:47
2 Şərh     Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avropalı liderlər Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı aparılan danışıqlarda başlarını itirməməlidir".

APA-nın AFP-yə istinadən verdiyi xəbər görə, bunu ABŞ dövlət katibi Con Kerri Brüsseldə Avropa İttifaqı və NATO-nun rəhbərliyi ilə görüşündə deyib.
 
"Bu keçid dövründə biz başımızı itirməməliyik və düşünülmüş addımlar atmalıyıq. Biz bizi əvvəldən birləşdirən dəyər və maraqların qorunmasına nail olmalıyıq", - deyə C. Kerri bildirib.
 
Qeyd edək ki, C. Kerri Brüsseldən Londona yola düşəcək və Böyük Britaniyanın istifasını elan etmiş baş naziri Devid Kemeron və xarici işlər naziri Filip Hammondla görüşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.