Dünya

Nazir: "Saakaşvili Gürcüstana qayıtsa, həbs olunacaq"

27 İyun 2016 19:11
1 Şərh     Baxış: 1 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstana qayıdan kimi həbs olunacaq. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani deyib.

"Mixeil Saakaşvili Gürcüstan sərhədini keçən kimi, o, həbs olunacaq", - deyə nazir bildirib.
 
M. Saakaşvili dövlət büdcəsindən 5 mln. dollar məbləğində vəsaiti şəxsi məqsədləri üçün istifadə etməkdə şübhəli bilinir.
 
Qeyd edək ki, cari ilin may ayında sabiq prezident bildirib ki, Gürcüstana qayıdacaq və aktiv şəkildə siyasi proseslərə qoşulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.