Dünya

20 il axtarışda olan mafioz tutuldu

27 İyun 2016 00:13
0 Şərh     Baxış: 1 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın hakimiyyət orqanları ən çox axtarılan mafiya üzvlərinin siyahısında ikinci sırada yer alan Ernesto Fatstsaralini həbs ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin ən böyük mafiya qruplaşması "Ndrangeta"nın üzvü olan Ernesto 20 ildən çox axtarışda idi. Hüquq mühafizə orqanlarının məlumatına görə, o, ölkənin cənubunda yerləşən Kalabriyadakı evində aşkarlanıb və saxlanılarkən polisə müqavimət göstərməyib.

Ernestonu ömürlük həbs cəzası gözləyir. Bir qədər əvvəl məhkəmə onu qətldə, mafiya fəaliyyətində, narkotik vasitə ticarətində, qarətdə, qanunsuz silah saxlamaqda təqsirli bilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.