Dünya

Xamneyinin ölüm xəbəri yayıldı

26 İyun 2016 23:28
12 Şərh     Baxış: 2 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Ali dini lideri, neçə vaxtdır ağır xəstə olan ayətullah Əli Xamneyinin öldüyü haqda xəbərlər yayılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Xamneyinin öldüyü haqda məlumatı əvvəlcə İsrail kəşfiyyatına yaxın "Debka" saytı "Ərəb Körfəzi regionu sosial mediasına" istinadən yayıb, eyni zamanda bunun rəsmən təsdiqlənməyən məlumat olduğu vurğulanıb.

Daha sonra Türkiyənin hökumətə yaxın "Yeni Şafak" qəzetinin müxbiri  Yılmaz Bilgen də özünün Twitter bloqunda Xamneyinin  vəfatı barədə məlumat aldığını yazıb. Lakin dini liderin vəfatı barədə xəbərlərə İran hələlik şərh vermir.

Əli Xamneyi 1939-cu ildə anadan olub, milliyətcə azərbaycanlıdır. Neçə vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi və məlumatlara görə yataq xəstəsi idi. İranda dini lider ən ali hakimiyyət səlahiyyətlərinə malik şəxsidir və silahlı qüvvələrin baş komandanıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.