Dünya

Tarixçi professor prezident seçildi

26 İyun 2016 23:23
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslandiyada keçirilən prezident seçkilərində partiya üzvü olmayan tarixçi professor, 48 yaşlı Qudni Yohannesson qalib gəlib.

O 39,1 faiz səs toplayıb.
Milli.Az modern.az-a istinadən bildirir ki, ikinci yeri 27, 9 faiz səslə iş adamı Halla Tomasdottir tutub. Ölkənin keçmiş baş naziri Devid Oddssonun lehinə 13 faiz seçici səs verib. Seçicilərin fəallığı 75 faiz olub.
Yohannesson vəzifəsinin icrasına avqustun 1-də başlayacaq. O 1996-cı ildən ölkəyə rəhbərlik edən 73 yaşlı Oulavyura Raqnar Qrimssonu əvəzləyəcək.
Prezident seçilən İslandiya Universitetində dərs deyir. O 2003-cü ildə fəlsəfə doktoru dərəcəsi alıb. Professorun maraq dairəsi doğma ölkəsinin müasir tarixidir. Yohannesson evlidir, 5 övladı var.
İslandiyada prezident seçkiləri bir turda keçirilir. Qalib gəlmək üçün səslərin çoxunu qazanmaq kifayətdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.