Dünya

İstanbuldakı göydələndən Trampın adını götürüləcək?

26 İyun 2016 22:24
1 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Tramp islamofob fikirlər səsləndirdiyi üçün İstanbulun işgüzar rayonunda Amerika göydələni tərzində tikilən "Trump Tower" qülləsinin adını dəyişdirməyi təklif edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Türkiyə prezidentinin fikrincə, Trampın Amerikadakı müsəlmanlara qarşı dözümlülüyü yoxdur və bu səbəbdən onun adı tez bir zamanda göydələndən götürülməlidir.
"Tower Trump" yaşayış və biznes kompleksi 2012-ci ildə Türkiyənin "Dogan Sirketler Grubu Holding AS" şirkəti tərəfindən inşa edilib. O, 37 və 39 mərtəbəli iki qüllədən ibarətdir. Kompleks Donald Trampa məxsus şirkətdən alınan imtiyazla inşa edilib. Onun açılışında Ərdoğan özü də iştirak edib, lakin indi bunun səhv olduğunu hesab edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.