Dünya

Papanın şərhi Türkiyəni qəzəbləndirdi

26 İyun 2016 20:46
4 Şərh     Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə bildirir ki, Papa Francis-in Birinci Dünya Müharibəsi zamanı ermənilərin kütləvi qırğınını soyqırım adlandırması "Səlib Yürüşü mentalitetini" nümayiş etdirir.
Milli.Az BBC-yə istinadən bildirir ki, Papanın qeydlərinin "reallıqla heç bir əlaqəsi" yoxdur, Türkiyə baş nazirinin müavini Nurettin Canikli deyib.
Ermənilərin və bir çox tarixçinin iddiasına görə 1915-ci ildə 1.5 milyon erməni Osmanlı İmpreiyası tərəfindən öldürülüb.
Lakin Türkiyə rəqəmlərin şişirdildiyini bildirir və qırğının soyqırım olmadığını iddia edir.
Türkiyənin bildirdiyinə görə, ermənilərin qırğını Birinci Dünya Müharibəsi dövründəki vətəndaş münaqişəsi zamanı baş verib.
Mövzu ətrafında mübahisə Türkiyə ilə Ermənistan arasında münasibətlərin daha da korlanmasına səbəb olub.
Almaniya parlamenti bu yaxınlarda ermənilərin kütləvi qırğınını soyqırım kimi tanıyıb.
Papa bu şərhini cümə günü Ermənistan paytaxtı Yerevana səfəri zamanı edib.
"Bu faciə, bu soyqırım, təəssüf ki, keçən əsrdə baş vermiş böyük faciələrin başlanğıcını qoyub," o deyib.
Lakin cənab Canikli şənbə günü buna cavab olaraq bildirib ki, Papanın dedikləri "təəssüf doğurur".
Papa Francis bu kəlməni keçən il də istifadə etmiş və Türkiyənin Vatikandakı səfirini müvəqqəti geri çağırmasına səbəb olmuşdu.
O, bazar günü Ermənistana səfərini başa vurmazdan öncə Türkiyə ilə sərhəd bölgəsinə də səfər edib.
Papanın sentyabr ayında Gürcüstan və Azərbaycana gedəcəyi də gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.