Dünya

Yeni Panama kanalından ilk gəmi keçdi

26 İyun 2016 20:43
1 Şərh     Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni genişləndirilmiş Panama kanalından ilk dəfə olaraq Çin yük gəmisi üzüb.
Cosco Shipping Panama adlı gəminin Atlantik okeanından Sakit okeana keçməsini izləmək üçün minlərlə insan toplaşıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, 77 km uzunluğu olan kanlada yenidənqurma işləri 2007-ci ildə başlayıb və 2014-cü ildə başa çatdırılması gözlənilirdi.
Lakin tətillər və xərclərə görə yaranmış mübahisələr 5.2 milyard dollarlıq layihəni gecikdirib.
Panama kanalı 1914-cü ilin avqust ayında fəaliyyətə başlayıb.
Kanalın genişlənməsi daha böyük yük gəmilərinin keçməsinə imkan yaradacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.