Dünya

Azərbaycandan qayıdan erməni 17 yaşlı qızı öldürdü - FOTO

25 İyun 2016 13:44
2 Şərh     Baxış: 4 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ildə Azərbaycandan ölkəsinə təhvil verilən Ermənistan vətəndaşı Arsen Xocayan 17 yaşlı qızı öldürüb.

Milli.Az anspress-ə istinadən bildirir ki, erməni çobanın öldürdüyü Asthik Anisyan Loriysk vilayətinin Şnox kənd sakini olub.

Dünən gecə ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın bədənində deşilmiş-kəsilmiş yeddi dərin yara olub. Cinayətin törədilməsində şübhəli bilinən Verin Karmiraxbyur kəndinin 25 yaşlı sakini Arsen Xocayan həbs edilib. Hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

2014-cü il martın 7-də Arsen Xocayan qoşunların təmas xəttini keçərkən Azərbaycan hərbçiləri tərəfindən tutulmuşdu. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib. 

Həmin il aprelin 10-da Xocayan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qazax rayonu istiqamətində Ermənistan tərəfinə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.