Dünya

Universitetdə atışma: 4 ölü - YENİLƏNİB - FOTO

24 İyun 2016 14:19
2 Şərh     Baxış: 9 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:19

Türkiyədə Ankara Universitetinin tibb fakültəsinin Cebeci xəstəxanası korpusunda işçilər arasındakı atışmada 4 nəfər ölüb. 

Milli.Az Milliyet-ə istinadən bildirir ki, xəstəxananın aptekində texnik işləyən Enver T. (43 yaş) ilə əczaçılar  İlknur Yüce (50), Hikmet Türk (49), Gürsu Ulaşan (53) və Özler Kiriş (34)  arasında mübahisə düşüb.

Davaya keçən olayda Enver T. digərlərinə atəş açıb. Yüce, Ulaşan və Kiriş hadisə yerində həlak olublar. Başı və qarnına güllə dəyən Türk isə elə həmin xəstəxanada müdaxilə olunmasına rəğmən həyatını itirib. 

---------

13:00

Türkiyədə Ankara Universitetinin tibb fakültəsinin Cebeci xəstəxanası korpusunda işçilər arasında atışma olub.

Milli.Az "Milliyet"ə istinadən xəbər verir ki, ilkin məlumata görə, silahlı insident zamanı 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bəxtiyar Umarlı 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.