Dünya

Avropa şokda: Britaniya Birliyə "YOX" dedi - FOTO

24 İyun 2016 09:18
7 Şərh     Baxış: 7 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada ölkənin Avropa Birliyində qalıb-qalması ilə bağlı keçirilmiş referendumun ilkin nəticələri məlumdur. "Britain" və "Exit" kəlmələrinin birləşməsi olan "Brexit"in, yəni Britaniyanın AB-ni tərk etməsinin tərəfdarları 58 faiz, Britaniyanın AB-də qalmasının tərəfdarları isə 42 faiz səs toplayıblar.

Milli.Az bildirir ki, bu sonuclar Avropa Birliyini şoka salıb, çünki iki saat əvvələdək Britaniyanın Avropa Birliyində qalmasının tərəfdarları 4-6 faiz səs çoxluğu ilə irəlidə idilər.

Referendum sonuclarının dinamikasının qəfil dəyişməsi funt-sterlinqi "aşırıb". Hazırda 1 funt 1,34789 dollardır ki, bu da 1985-ci ildən bəri minimal səviyyədir.

"Leave", yəni "Çıxmaq" tərəfdarlarının "Remain" ("Qalmaq") tərəfdarlarını üstələməsi Avropa Birliyi ilə yanaşı, bütün dünyanın siyasi mənzərəsini dəyişə bilər.

Referendumun rəsmi sonucları bir saat sonra açıqlanacaq. BBC ekspertləri rəsmi sonucların dəyişəcəyini və ölkənin Avropa Birliyində qalmasının tərəfdarlarının qalib gələcəyini düşünürlər.

Əgər Cəbəllütariq və Şimali İrlandiya "Avropa Birliyində qalmalıyıq" deyiblərsə, Sanderlend "Avropa Birliyini tərk etməliyik" söyləyiblər.

London və Kardif qalmağın lehinə, Mançester isə əleyhinə səs verib.

Referendum əsnasında Avropa Birliyinin üstünlükləri və nöqsanları ilə bağlı diskussiya ölkə hökuməti ilə Mühafizəkarlar Partiyasında parçalanma yaratmışdı.

SkyNews bildirir ki, ölkə parlamentinin Mühafizəkarlar Partiyasından olan 84 deputatı baş nazir Devid Kemerona məktub ünvanlayaraq plebissitin sonuclarından asılı olmayaraq "mandatını qorumalı olduğunu, milləti irəli aparmaq məcburiyyətində qaldığını" yazıblar.

P.S. Bu dəqiqələrdə bəlli oldu ki, Britaniyanın Avropa Birliyindən çıxmasının tərəfdarı olanlar referendumda zəruri olan 16,7 milyon nəfərlik limiti keçiblər.

Bu isə Britaniyanın Avropa Birliyinə "yox" deməsidir.

Avropa Birliyinin tarixində ilk dəfə olaraq üzv ölkənin strukturu könüllü tərk etməsi ilə bağlı səsvermə Britaniya üçün ciddi sınaqdı.

Referendumun ilkin sonucları açıqlanan kimi dünya bazarlarında xam neftin qiymətilərində ucuzlaşma başlanıb.

Səhər saatlarında WTI markalı neft 48 dollara, Brent isə 49 dollara qədər ucuzlaşıb.

Orxan Hun

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.