Dünya

Məşhur model 5-ci övladını doğdu - FOTO

8 İyun 2016 12:58
4 Şərh     Baxış: 2 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın məşhur modeli Natalya Vodyanovanın 5-ci övladı olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, modelin yeni dünyaya gəlmiş övladı oğlandır. Məşhur model "İnstagram" səhifəsində bu barədə məlumat yayıb.

"Şənbə günü erkən saatlarında bizim ailədə daha bir kişi artdı. Romaşka (Roman) artıq evdədir və qardaşları və bacılarının yanında dünyanı tanımağa başlayıb. Antuan qürurludur, mən isə yorğun və xoşbəxtəm. Səbirsizliklə yayı gözləyirəm ki, bir az dincəlim", - model körpənin şəklini sosial şəbəkədə paylaşaraq yazıb. Natalya Vodyanova izləyicilərinə və ona dəstək olanlara təşəkkür edib. 

Modelin 4 oğlu və 1 qızı var. Natalya Vodyanova iki dəfə ailə qurub. Onun birinci həyat yoldaşı britaniyalı aristokrat Castin Trevor Berkli Portman olub. Məşhur modelin ilk ərindən 2 oğlu və 1 qızı var. Hazırkı həyat yoldaşı fransalı Antuan Arnodur. Cütlüyün 2 oğlu var. N.Vodyanova ən varlı modellərdən biri hesab olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.