Dünya

Ronaldinyo Jan-Klod Vandama döyüşməyi öyrədəcək - FOTO

3 İyun 2016 13:13
2 Şərh     Baxış: 2 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyalı əfsanəvi futbolçu Ronaldinyo "Kikboksçu: İntiqam" filmində rol alacaq.

Milli.Az anspress-ə istinadən bildirir ki, futbolçu filmdə döyüş sənətləri ustası rolunu canlandıracaq. Kinoda onun adı Ronaldo olacaq.

Ronaldinyo  öz bacarıqlarını filmin baş qəhrəmanı Jan-Klod Vandama öyrədəcək. Filmin qəhrəmanı  bu dəfə də muay-tay üzrə çempion olan Tonq Podan intiqam alacaq. Məşhur futbolçudan əlavə, filmdə əfsanəvi boksçu Mayk Tayson və tanınmış qarışıq döyüş ustası Peyc Vanzant da rol alacaq. "Kikboksçu: İntiqam"ın prodüseri Rob Hikman Ronaldinyonun filmə dəvət etməsinin səbəbi kimi onun populyar olduğunu göstərib. "Biz Ronaldinyonun populyarlığını nəzərə almışıq. Futbolçunun xarizmasına əlavə olaraq onun sosial şəbəkədə 66 milyon izləyicisi var".

Ronaldinyo film çəkilişindən "İnstaqram" səhifəsində fotolar paylaşıb.  

36 yaşlı futbolçu ötən il "Fluminense" klubundan ayrılandan sonra klubsuz qalıb.  "Kikboksçu" filmi ilk dəfə 1989-cu ildə çəkilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.