Dünya

69 yaşlı məşhurun əkiz qızları dünyaya gəldi

1 İyun 2016 12:23
14 Şərh     Baxış: 2 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur "Rolling Stones" qrupunun gitaraçısı 69 yaşlı Ronni Vud ata olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, musiqiçinin xanımı 38 yaşlı Salli mayın 30-da əkiz qız övladları dünyaya gətirib.

Ronni Vudun əvvəlki 2 evliliyindən 4 uşağı və 9 nəvəsi var.

Salli və Ronni 2012-ci ildə evləniblər. Təntənəli mərasimdə "Rolling Stones" qrupunun üzvləri və musiqiçi Pol Makkartni də iştirak ediblər. 

1947-ci il təvəllüdlü musiqiçi karyerasına 17 yaşında başlayıb. 1974-cü ildə isə o, "Rolling Stones" qrupuna qoşulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.